Vəfat edən anası ilə bağlı sənədli film çəkəcək
22 Sep 2026, 15:12
3 baxış
Admin
Şahzadə Harri anası - Uels şahzadəsi Diananın xatirəsinə həsr olunmuş sənədli film çəkməyi planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Şahzadə Harri filmi anasının vəfatının 30-cu ildönümünü münasibətiylə reallaşdırmaq istəyir.
Məlumata görə, Harri Diananın dostları və qohumları, o cümlədən qardaşı Erl Spenserlə əlaqə saxlayaraq onların filmdə iştirak edib-etməyəcəyi ilə maraqlanıb.
Bununla belə, sənədli filmin çəkilməsi ilə bağlı hələ yekun qərar verilməyib. Şahzadə Harri hazırda anasının xatirəsinı anmaq üçün bir neçə təşəbbüsü nəzərdən keçirir.
Mənbə:
news24.az