Cəmiyyət

Sentyabr ayının pensiya ödənişləri yekunlaşdı

22 Sep 2026, 10:22 1 baxış Admin
Sentyabr ayının pensiya ödənişləri yekunlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə Azərbaycanın bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər