Ay nazirlər, sizin hünəriniz çatırsa, camaatın içinə çıxın!
21 Sep 2026, 11:45
2 baxış
Admin
Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır. Bəzən bizə deyirlər ki, siz yol çəkən, xəstəxana tikdirən deyilsiz. Siz ancaq qanunvericiliklə məşğul olmalısınız. Bəs, ayda iki dəfə niyə rayonlara göndərirsiniz?
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.
"Ay nazirlər, sizin hünəriniz çatırsa, gedin özünüz camaatın içinə çıxın. Orada səni sözlə elə günə qoysunlar ki, adın da yadından çıxsın. Xalq o sözləri bizə deyir. Xalqın əli çatan deputatlardır", - o bildirib.
Mənbə:
bakupost.az