Sürücülər maşınlarını tərk etdi – Bakı-Sumqayıt yolunda güclü tıxac
21 Sep 2026, 10:51
2 baxış
Admin
Bu gün səhər saatlarında Bakı–Sumqayıt şossesində güclü tıxac yaranıb.
“Bakupost”a daxil olan görüntülərdə yolda nəqliyyatın hərəkətinin demək olar ki, iflic olduğu görünür.
Kadrları redaksiyaya göndərən sərnişinin sözlərinə görə, sıxlıq səbəbindən bir neçə sürücü avtomobilini tərk edərək yolun açılmasını gözləyib.
Onun sözlərinə görə, sözügedən yolda hər gün oxşar vəziyyət yaşanır. Xüsusilə dərslər başladıqdan sonra isə tıxacların daha da artdığı bildirilir.
Lalə, BakuPost
Mənbə:
bakupost.az