Mədəniyyət

Şükufə Yusupova evə buraxıldı

17 Sep 2026, 14:22 2 baxış Admin
Şükufə Yusupova evə buraxıldı

Xalq artisti Şükufə Yusupova evə buraxılıb.

News24.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, aktrisanın müalicəsi evdə davam etdiriləcək:

“Avqustun 25-də Yeni Klinikaya hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsə (qadın) zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb. Pasiyent 16 sentyabrda ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, avqustun 22-si 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub. Dərhal hospitalizasiya edilən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin olunmuşdu. /Qafqazinfo/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər