Cəmiyyət

"Bu qərar internet qiymətlərini daha da artıracaq" - İqtisadçı

16 Sep 2026, 18:46 4 baxış Admin
"Bu qərar internet qiymətlərini daha da artıracaq" - İqtisadçı

Oktyabrın 1-dən Azərbaycanda 18 manat və ya daha aşağı qiymətə təklif olunan sabit internet tarifləri minimum 25 manatlıq vahid tarifə keçiriləcək. Qərarın əsas məqsədinin tariflərin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun inkişafı olduğu bildirilir.

Bəs hazırda 25 manat olan internet tariflərinin qiymətində də artım olacaqmı? Qiymət artımı bütün internet provayderlərinə şamil ediləcəkmi?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, internet tariflərinin artacağı gözlənilir.

“Çünki əvvəllər 16, 18 və 22 manat olan internet tarifləri mövcud idi. İndi isə qiymətlər artacaq. Bunun dövlət tərəfindən tənzimlənməsi isə doğru deyil.

Ölkədə çoxlu sayda internet provayderi fəaliyyət göstərir. Bu provayderlərin hamısının eyni vaxtda və eyni tariflə qiymət artımına getməsi mümkün deyil.

Həmçinin bu, minimum qiymətdir. Güman ki, bazarda maksimum qiymətlər də kifayət qədər yüksək olacaq. Təəssüf ki, qəbul edilən bu qərar internet tariflərinin artmasına təsir göstərəcək”, – deyə ekspert qeyd edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər