Cəmiyyət

TDT-nin əsas iqtisadi göstəriciləri açıqlandı

16 Sep 2026, 10:27 2 baxış Admin
TDT-nin əsas iqtisadi göstəriciləri açıqlandı

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ümumi ərazisi 4,82 milyon kvadrat kilometr təşkil edir.

News24.az xəbər verir ki, bu sözləri bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.

Onun sözlərinə görə, təşkilatın 2025-ci ilin yanvar-dekabr ayları üzrə göstəricilərinə əsasən, Türk dövlətlərində ümumilikdə 178,8 milyon nəfər əhali yaşayır: "Bu, dünya əhalisinin 2,8 faizinə bərabərdir.

Həmin ölkələrin ümumi ÜDM-i 2,11 trilyon ABŞ dolları təşkil edib. Bu göstərici dünya ÜDM-nin 2 faizinə bərabərdir.

Türk Dövlətləri Təşkilatı ölkələrinin ümumi ticarət dövriyyəsi isə 1,13 trilyon ABŞ dollarına çatıb. Bu, dünya ticarətinin 3,6 faizini təşkil edir".

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər