Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
13 Sep 2026, 23:23
12 baxış
Admin
Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb.
News24.az xəbər verir ki, hadisə Bərdə şəhəri M.P. Vaqif küçəsində baş verib.
Belə ki, 2024-cü il təvəllüdlü Ə. M (Ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb.
Azyaşlı həyətdə ehtiyat su toplamaq üçün nəzərdə tutulan hovuza düşüb və boğularaq ölüb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)
Mənbə:
news24.az