Kriminal

İsmayıllıda avtomobil aşaraq yandı: ölən və xəsarət alan var – FOTOLAR

13 Sep 2026, 00:36 14 baxış Admin
İsmayıllıda avtomobil aşaraq yandı: ölən və xəsarət alan var – FOTOLAR

İsmayıllıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində, Topçu kəndində qeydə alınıb.

Belə ki, "Mercedes E-240" markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü və avtomobildəki sərnişinin (qadın) meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların hər ikisinin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər