Elektrik müəssisəsinin rəis müavinini cərəyan vuraraq öldürdü
11 Sep 2026, 12:15
15 baxış
Admin
Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.
News24.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.
Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.
Faktla bağlı araşdırma aparılır. (Apa)
Mənbə:
news24.az