Cəmiyyət

İlham Mirzəyev DANIŞDI:

10 Sep 2026, 23:56 21 baxış Admin
İlham Mirzəyev DANIŞDI:

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib.



"Bakupost" bildirir ki, bu barədə Pravda.az-a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib.

"İnanın ki, danışa bilmirəm. Heç kimin zənginə də cavab vermirəm. Bu, saymazlıqdan deyil. Həm gücüm yoxdur, həm də həkimlər icazə vermirlər", - İ.Mirzəyev deyib.

Qeyd edək ki, o, bir neçə gün öncə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində klinikaya qəbul olunub.

Angioplastika icra olunub və stent implantasiya edilib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər