“Üçüncü savaşın olmayacağına kim zəmanət verə bilər?” – Orduda dəyişiklik çağırışı
10 Sep 2026, 17:29
18 baxış
Admin
Azərbaycan Ordusu daim inkişaf edir. Hazırda ordumuz ən müasir silah-sursatla, hərbi texnika ilə təmin edilir. Görülən tədbirlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır.
Hərbçi ekspert Üzeyir Cəfərov “Bakupost”a bildirib ki, hərbçilərin geyimilə bağlı məsələdə müəyyən dəyişikliklərə ehtiyac var:
“Hərbçilərimiz 40 dərəcədə istidə belə sərt formalı kitel geyməkdə davam edirlər və bu diskomfort yaradır. Halbuki, NATO ölkələrinin hərbçiləri yüngül, sərbəst formada olurlar. Bu ölkə ordularında hərbi geyimlər rahat olmaqla yanaşı, sadədir. Ölkəmizdə də belə bir geyim sistemi tətbiq edilməlidir. Alternativ xidmət haqqında qanun da qəbul edilməlidir”.
Müsahibimizin fikrincə, Azərbaycanda bu sahədə təşəbbüs göstərməyə nədənsə ehtiyat edirlər:
“Nazirlər Kabinetinin bir qərarı Azərbaycan qanunlarından üstün götürülür. Nədənsə, II Qarabağ müharibəsi iştirakçılarına I Qarabağ müharibəsi iştirakçılarına nisbətdə üstünlük verilir. Bu başa düşülən deyil. Üçüncü bir savaşın olmayacağına kim zəmanət verə bilər ki? Sağımız-solumuz narahat ölkələrlə doludur. Ölkəmizin müdafiəsinin təşkili üçün lazımi işləri görməliyik, necə ki, görürük”.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az