Cəmiyyət

Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi

07 Sep 2026, 21:34 18 baxış Admin
Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi

Aktyor, televiziya aparıcısı, Əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib.

"Bakupost" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, Camaatın narazılıqlarını nəzərə alın”, - aktyor bildirib.
Məsələ ilə bağlı AYNA ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Tural Orucov bildirdi ki, aidiyyəti üzrə müraciət edilməlidir:
“Cərimə bizə aid deyil”.

Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər