Cəmiyyət

“Azneft” kəskin hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirdi

07 Sep 2026, 18:52 19 baxış Admin
“Azneft” kəskin hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirdi

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və küləkli keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

News24.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin məlumatında bildirilib.

“Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır”, – məlumatda qeyd olunub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər