Toydan çıxdı, faciəvi şəkildə öldü
05 Sep 2026, 10:59
21 baxış
Admin
Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi VAZ-2107 markalı avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub.
Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, Elçin Cabbarov yaxınlıqdakı şadlıq saraylarından birində toy mərasimində olub. O, mərasimdən çıxdıqdan sonra yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
bakupost.az