Cəmiyyət

Azərbaycanlı biznesmen ticarət mərkəzi aldı

04 Sep 2026, 12:53 17 baxış Admin
Azərbaycanlı biznesmen ticarət mərkəzi aldı

Azərbaycanlı biznesmen ticarət mərkəzini alıb.
"Bakupost" lent.az-a istinadla xəbər verir ki, söhbət “Qazprombank-invest” MMC-nin balansında olan “Qorod Kosino” ticarət mərkəzindən gedir.
Qeyd olunub ki, “Qazprombank-invest” MMC-ni Azərbaycanın “AF Holding” şirkətinin təsisçisi Azay Möhnətovun oğlu Aqil Möhnətova məxsus “Afkap” MMC alıb.
Qeyd edək ki, ümumi sahəsi 130 min kvadratmetr olan “Qorod Kosino” ticarət mərkəzi 2021-ci ilin sonunda açılıb. Obyektin developeri TEN qrupu olub. Qrup bir il əvvəl layihəyə tərəfdaş qismində “Qazprombank-invest”i cəlb edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər