Laçına köçürülmüş sakinlərdən 1235 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
26 Aug 2026, 17:51
2 baxış
Admin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.
Həmin sakinlərdən artıq 1235 şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan:
- 1180 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 86 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb),
- 55 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
Mənbə:
bakupost.az