Dünya

İran gərginliyi azaltmaq üçün hərəkətə keçdi

26 Aug 2026, 18:09 3 baxış Admin
İran gərginliyi azaltmaq üçün hərəkətə keçdi

İran Pakistan və Qətərlə regionda son vəziyyət və təhlükəsizlik məsələlərini müzakirə edib.
“Bakupost” xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan Baş Qərargah rəisi Asim Münir və Qətərin Baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Əraqçi ilə Münirin görüşündə regionda sülh və təhlükəsizliyin təmin olunması üçün məsləhətləşmələrin və birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Qətərin xarici işlər naziri ilə görüşdə isə diplomatik imkanlardan istifadə və regionda gərginliyin daha da artmasının qarşısının alınması üçün koordinasiyanın davam etdirilməsi müzakirə olunub.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər