ABŞ 200 min vizanı ləğv etməyə hazırlaşır
25 Aug 2026, 23:16
3 baxış
Admin
ABŞ Prezident administrasiyası ölkədə sığınacaq üçün müraciət etmək və ya almaq prosesində olan xarici vətəndaşlar üçün 200 minə qədər turist və iş vizasını ləğv etməyi planlaşdırır.
"Bakupost" xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi ABŞ Dövlət Departamentinin sənədlərinə istinadla məlumat yayıb.
Sənəddə nazirlik qısamüddətli qonaq adı altında ABŞ-yə gələn, lakin sonra burada daimi qalmaq üçün sığınacaq istəyən xarici vətəndaşların qeyri-immiqrasiya vizalarını müəyyən etmək və ləğv etmək üçün Daxili Təhlükəsizlik Departamenti ilə əlaqələndirmə işləri apardıqlarını bildirib.
Ağ Ev mənbələri ABŞ Dövlət Departamentinin bu tədbirləri yaxın həftələrdə açıqlayacağını bildirir.
Onlar əsasən son 10 ildə ABŞ-də verilən B1/B2 turist vizalarına təsir edəcək.
Qeyd olunur ki, vizaların ləğvi onların sahibləri üçün ABŞ-dən dərhal deportasiya demək deyil, lakin onlar ölkəyə turizm və ya iş məqsədləri ilə gələn şəxs statuslarını itirəcək və başqa bir kateqoriyaya keçiriləcəklər.
Mənbə:
bakupost.az