AFFA prezidenti "Sabah"ı təbrik etdi
26 Aug 2026, 01:03
2 baxış
Admin
AFFA-nın prezidenti Rövşən Nəcəf "Sabah" klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel Beer Şeva" klubunu 5:2 hesabı ilə məğlub etməsi və UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
News24.az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
"Sabah" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram", - deyə o əlavə edib.
Mənbə:
news24.az