Cəmiyyət

Rüfət Əzizovdan yeni təyinat

25 Aug 2026, 21:55 2 baxış Admin
Rüfət Əzizovdan yeni təyinat

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub.


"Bakupost" xəbər verir ki, ADNSU-nun rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Əli Əlizadə “SABAH.city” mərkəzinin direktoru təyin edilib.
Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, kimya üzrə fəlsəfə doktoru olan Əli Əlizadə 2022-ci ildən ADNSU-da akademik və elmi fəaliyyət göstərir.
O, son təyinatadək universitetin Elm departamentinin direktoru vəzifəsində çalışıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər