Dünya

İspaniyada anomal istilər: Rekord sayda ölüm halı qeydə alındı

25 Aug 2026, 22:34 3 baxış Admin
İspaniyada anomal istilər: Rekord sayda ölüm halı qeydə alındı

İspaniyada yay mövsümündə azı 5 030 ölüm halı ekstremal isti hava şəraiti ilə əlaqələndirilib.


"Bakupost" xəbər verir ki, bu barədə krallığın Ölüm Hallarının Gündəlik Monitorinq Sisteminin məlumatlarında bildirilir.
Məlumata görə, bu, müşahidələrin aparılmağa başlandığı 2015-ci ilin yanvarından bəri qeydə alınan ən yüksək göstəricidir.
Daha əvvəl ispaniyalı meteoroloqlar 2026-cı ilin ilk yarısının krallıqda son 65 ilin ən isti dövrü olduğunu bildirmişdilər. Cari ilin iyun ayı müşahidələr tarixində ikinci ən isti iyun, iyul ayı isə 1961-ci ildən bəri aparılan hesablamalara əsasən, ən isti və quraq iyul ayı olub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər