Bakıda mənzildə yanğın - 8 nəfər təxliyə edildi
25 Aug 2026, 13:44
1 baxış
Admin
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə News24.az FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 8 nəfər bina sakini təxliyə edilib.
Mənbə:
news24.az