Onlara yenidən “YAŞIL İŞIQ”? – Elgiz Əkbərin dönüşü gündəmdə...
25 Aug 2026, 11:33
2 baxış
Admin
Bir müddətdir verilişi bağlanan və efirlərdən uzaq düşən aparıcı Elgiz Əkbərin sosial şəbəkələrdə video görüntüləri yayılıb. Bu görüntülərdə onun yeni veriliş açmaq istədiyi və efirə qayıtmaq niyyəti görünür. Hətta bununla bağlı müzakirələr də aparılıb. Bəs bayağı verilişlərə görə efirlərdən uzaq salınan aparıcıların yenidən teleməkana qayıtması nə dərəcədə məntiqli və mümkündür?
"Bakupost" xəbər verir ki, media eksperti Azər Həsrət Konkret.az-a açıqlamasında çox ağır cinayət törətmədiyi halda kimsəyə efirə çıxmağı qadağan etmək olmaz, bu, həm də Elgiz Əkbərə aiddir deyib.
“Onun tamaşaçısı deyiləm, amma mediada olan şəxs kimi fəaliyyətləri ilə tanışam. Açıq deyim ki, onun verilişlərini təqdir etmirəm və müxtəlif vaxtlarda tənqidi fikirlər səsləndirmişəm. Amma bu, o demək deyil ki, Elgiz Əkbər birdəfəlik efirlərdən qovulmalıdır. Normal, milli-mənəvi dəyərlərə uyğun bir verilişlə qayıdacaqsa, buna heç nə demək olmaz. Amma evlilik verilişi və sair olacaqsa, bu, ciddi narazılıq doğuracaq və heç bir televiziya kanalına hörmət qazandırmayacaq. Ucuz şou, saçyoldu və milli dəyərlərə zidd verilişlərlə efirlərdən evlərimizə soxulacaqlarsa, mən bunun əleyhinəyəm. Çünki bu, tamaçaçının intellektual səviyyəsini aşağı salır. Belə verilişlərin üzünə efir daim qapalı saxlanılmalıdır”, – deyə ekspert vurğulayıb.
Mənbə:
bakupost.az