Bayramın qardaşının ölüm səbəbi bəlli oldu
24 Aug 2026, 14:51
2 baxış
Admin
NİDA Vətəndaş Hərəkatının üzvü, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anasının ölümündə şübhəli bilinərək həbs edilən qardaşı Elvin Məmmədovun ölüm səbəbi məlum olub.
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, avqustun 21-də saat 14:40 radələrində 1992-ci il təvəllüdlü kişi şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Şəxsin bioloji ölümü avqustun 23-də saat 16:00 radələrində qeydə alınıb.
Mənbə:
bakupost.az