Bəylə gəlin toydan əvvəl kitab almağa getdilər
24 Aug 2026, 11:36
1 baxış
Admin
Azərbaycanda toya hazırlaşan gənc cütlüyün fərqli addımı diqqət çəkib.
“Bakupost” xəbər verir ki, bununla bağlı “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu paylaşım edib.
Onun sözlərinə görə, gənclər toydan əvvəl təkərli kitab dükanına gedərək bir-birlərinə kitab hədiyyə ediblər.
Bu addımı yüksək qiymətləndirən Şahbaz Xuduoğlu gənclərə “Xırda şeyləri dərd etməyin” adlı kitab hədiyyə edib və onlara xoşbəxtlik arzulayıb.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli də gənclərin bu davranışının digər cütlüklər üçün nümunə olduğunu bildirib.
Mənbə:
bakupost.az