Məhkəmə Köçəryanın iddiasını rədd etdi
24 Aug 2026, 10:01
1 baxış
Admin
Ermənistanda məhkəmə sabiq president Robert Koçaryanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyana qarşı iddiasını rədd edib.
News24.az xəbər verir ki, Köçəryan Simonyandan onun şərəf və ləyaqətini ləkələyən ifadələri təkzib etməyi tələb edib.
Məlumata görə, 2025-ci ilin mayında Simonyan brifinqlərdən birində müxalif siyasətçini “qatil və dövlət vəsaitlərini talayan” adlandırıb.
Simonyanın müdafiəsini üzərinə götürən hüquq şirkətinin məlumatına görə, məhkəmə A.Simonyanın sözlərində qətllə və ya hər hansı cinayət niyyəti ilə bağlı faktiki məlumatların olmadığını qərara alıb.
Mənbə:
news24.az