İdman

Azərbaycan millisi Andorra ilə qarşılaşacaq

21 Aug 2026, 20:57 24 baxış Admin
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq

Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

News24.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan yığması Andorra ilə səfərdə qarşılaşacaq. Görüş 16 noyabr tarixində oynanılacaq. Matç Enkam inzibati bölgəsində yerləşən Nou Estadi de la FAF stadionunda olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində Tacikistanla da (23 sentyabr) yoldaşlıq görüşü keçirəcək.

Xatırladaq ki, A milli Millətlər Liqasında sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər