Nazirlik bu ölkələrə 7 ekstradisiya sorğusu göndərdi
21 Aug 2026, 20:10
19 baxış
Admin
2026-cı ilin birinci yarımili ərzində Ədliyyə Nazirliyi tərəfindən xarici ölkələrə ümumilikdə 7 ekstradisiya sorğusu göndərilib.
"Bakupost" xəbər verir ki, bu barədə APA-ya Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 5 sorğu Birləşmiş Ərəb Əmirliklərinə, 1 sorğu Çex Respublikasına, 1 sorğu isə Çin Xalq Respublikasına göndərilib.
Mənbə:
bakupost.az