“Sabah”ın oyununa 15 min bilet satıldı
21 Aug 2026, 18:05
26 baxış
Admin
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” – “Hapoel” (Beer-Şeva) oyununa 15 000 bilet satılıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə:
news24.az