Dünya

Peruda güclü zəlzələ baş verdi

20 Aug 2026, 22:52 10 baxış Admin
Peruda güclü zəlzələ baş verdi

Peruda 6.6 bal gücündə zəlzələ baş verib.


"Bakupost" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri Tambo şəhərindən 40 kilometr şimal-şərqdə, Ayakuço şəhərindən isə 175 kilometr cənub-cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 70 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər