"Qalatasaray"ın yeni transferini az sayda azarkeş qarşıladı
20 Aug 2026, 21:35
22 baxış
Admin
“Qalatasaray” ikinci transferini həyata keçirməyə hazırlaşır.
News24.az xəbər verir ki, “Qalatasaray” Moskvanın “Lokomotiv” klubu ilə transfer danışıqlarına başladığını açıqladığı 21 yaşlı rusiyalı futbolçu Aleksey Batrakovu İstanbula gətirib.
Batrakov və ailəsini daşıyan təyyarə saat 14:30 radələrində Atatürk Hava Limanının Ümumi Aviasiya Terminalına enib.
Rusiyalı futbolçunu hava limanında az sayda “Qalatasaray” azarkeşi qarşılayıb.
Batrakov klub azarkeşlərin qarşısına çıxdıqdan sonra onu avtomobillə hava limanını tərk edib.
Futbolçu tibbi müayinədən keçdikdən sonra “Qalatasaray” ilə müqavilə imzalayacaq.
Mənbə:
news24.az