Rusiya Ukraynada iki şəhəri vurdu: 10 yaralı var
20 Aug 2026, 17:43
25 baxış
Admin
Ukraynanın Donetsk vilayətinin Slovyansk və Kramatorsk şəhərlərinə Rusiya tərəfindən zərbələr endirilib.
“Bakupost” xarici KİV-ə istinadla xəbər verir ki, Slovyanskda Rusiya PUA-sı yaşayış massivində yerləşən ticarət mərkəzi və mağazaya düşüb. Nəticədə yanğın baş verib, 3 nəfər yaralanıb.
Kramatorsk isə 9 dəfə hücuma məruz qalıb. İlkin məlumata görə, hücum zamanı FAB-250 aviasiya bombalarından istifadə olunub.
Nəticədə 7 nəfər yaralanıb. Mağazaya, müəssisəyə və infrastruktur obyektinə ziyan dəyib.
Mənbə:
bakupost.az