Dünya

Lavrov bu ölkəni hədələdi

19 Aug 2026, 09:06 26 baxış Admin
Lavrov bu ölkəni hədələdi

Moskva Böyük Britaniya raket qüvvələrinin Rusiya ərazisinə endirilən zərbələrdə iştirakını bütün nəticələri ilə birlikdə Ukraynadakı münaqişədə birbaşa iştirak kimi qiymətləndirmək hüququna malikdir.

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Prezident Vladimir Putin xəbərdarlıq edib ki, kimsə bizim maraqlarımıza, mülkiyyətimizə qəsd edərsə, dünyanın istənilən regionunda fəaliyyət göstərmək hüququmuz var. Eyni şəkildə, Britaniya raket qüvvələrinin Rusiya ərazisinə zərbələrdə iştirakı ilə bağlı qürurla elan edilmiş birbaşa iştirakı müharibədə iştirak kimi qiymətləndirmək və bunun bütün nəticələrini nəzərə almaq hüququmuz var”, – deyə Lavrov vurğulayıb./Axar.az

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər