İdman

Dünyaca məşhur futbolçu

18 Aug 2026, 11:39 28 baxış Admin
Dünyaca məşhur futbolçu

Braziliya və dünya futbolunun əfsanəvi simalarından, bir dönəm Türkiyənin “Fənərbağça” klubunun futbolçusu olmuş Roberto Karlosun İslam dinini qəbul etdiyi iddia olunub.
“Bakupost” xarici KİV-ə istinadla xəbər verir ki, Braziliyada tanınan din xadimlərindən Şeyx Cihad Həmmadə məşhur futbolçunun uzun müddətdir onunla əlaqə saxladığını bildirib.
Həmmadənin sözlərinə görə, Roberto Karlos təxminən 4 həftə əvvəl onunla görüşüb və kəlmeyi-şəhadət gətirərək İslamı qəbul edib.
İddialara görə, keçmiş futbolçu daha sonra Mərakeş əsilli Souhila Əl-Təhri ilə evlənib. İslam qaydalarına uyğun keçirildiyi bildirilən nikah mərasimini isə Şeyx Cihad Həmmadə həyata keçirib.




Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər