Yük və minik avtomobilləri toqquşdu - 5 nəfər xəsarət aldı
17 Aug 2026, 15:42
20 baxış
Admin
Quba rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə avqustun 17-si saat 14 radələrində Bakı–Quba yolunun rayonun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili ilə “İveco” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır./APA
Mənbə:
news24.az