Cəmiyyət

Tanınmış rəssamın məzarı bərpa ediləcək - Nazirlikdən REAKSİYA

17 Aug 2026, 15:53 18 baxış Admin
Tanınmış rəssamın məzarı bərpa ediləcək - Nazirlikdən REAKSİYA

Xəbər veridiyimiz kimi, sosial şəbəkədə Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarına dair paylaşım edilmişdi.

News24.az bildirir ki, rəssam Milena Nəbiyeva və jurnalist Ülviyyə Heydərova həmin paylaşımda görkəmli rəssamın baxımsız qalan məzarının bərpa edililməsini istəmişdilər.

Azərbaycan Mədəniyyət Nazirliyi qaldırılan məsələyə operativ reaksiya verib. Bu haqda Milena Nəbiyeva növbəti paylaşımında bildirib: "Əziz dostlar, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən gözəl xəbər gəlib. Görkəmli rəssamımız Cavad Mircavadovun məzarının bərpası məsələsi nəzarətə götürülüb.

Şəxsən öz adımdan bu məsələyə diqqət göstərdiyinə və operativ münasibətinə görə mədəniyyət naziri Adil Kərimliyə dərin təşəkkürümü bildirirəm".

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər