Kriminal

Sexdə partlayış: 2 nəfər xəsarət aldı

17 Aug 2026, 12:24 21 baxış Admin
Sexdə partlayış: 2 nəfər xəsarət aldı

İmişlidə "Man" markalı yük avtomobilinin təkərinə hava vurulan zaman hava balonunun partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində yerləşən təkər təmir sexində qeydə alınıb.

Sexdə "Man" markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb.

Nəticədə Səxavət Məmmədov və Nurlan Fətəliyev ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər