Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi
17 Aug 2026, 12:40
19 baxış
Admin
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.
"Bakupost" APA-ya istinadla xəbər verir ki, Bəxtiyar Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək, Rusiya Federasiyasından deportasiya olunub.
Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.
Mənbə:
bakupost.az