Prezident onlara ali hərbi rütbələr verdi
17 Aug 2026, 12:10
19 baxış
Admin
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla general-mayor Babək Mürsəl oğlu Ələkbərova, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmova və general-mayor Faiq Həmzəağa oğlu Məmmədova "general-leytenant" ali hərbi rütbəsi, polkovnik Elfan Şakir oğlu Quliyevə isə "general-mayor" ali hərbi rütbəsi verilib.
Mənbə:
news24.az