Cəmiyyət

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Aug 2026, 20:33 29 baxış Admin
İran AzTV ilə bağlı qərarını açıqladı

İran parlamenti İslam Respublikasına qarşı “düşmən” hesab edilən media qurumları ilə əməkdaşlıq və əlaqələri məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
"Bakupost" Globalinfo.az-a istinadən xəbər ki, yeni layihəyə əsasən, həmin media qurumlarına müsahibə vermək və onlarla müxtəlif formada əlaqə saxlamaq cinayət əməli kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, İran daha əvvəl Azərbaycan Dövlət Televiziyasını (AzTV) “düşmən media qurumları” siyahısına daxil edib.
Qanun layihəsinin parlament tərəfindən təsdiqlənməsi İranın xarici media ilə əlaqələrə nəzarəti daha da sərtləşdirmək niyyətindən xəbər verir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər