"Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı
16 Aug 2026, 17:44
26 baxış
Admin
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" – "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.
Bu barədə News24.az-a klubdan bildirilib.
Biletləri onlayn şəkildə "Iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, "Sabah" – "Hapoel" qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
Mənbə:
news24.az