Kriminal

FHN Qarabağ kanalında batan qızla bağlı məlumat yaydı

16 Aug 2026, 13:40 27 baxış Admin
FHN Qarabağ kanalında batan  qızla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonun İkinci Aşıqlı kəndində Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər