Kriminal

General Abbasəli Novruzov vəfat etdi

16 Aug 2026, 12:18 27 baxış Admin
General Abbasəli Novruzov vəfat etdi

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.

News24.az xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib.

General sabah dəfn olunacaq.Onun Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilir.

Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub.

İzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər