Dünya

Livan İsrailin hücumunu pislədi

15 Aug 2026, 16:32 21 baxış Admin
Livan İsrailin hücumunu pislədi

Livanın Baş naziri Nəvaf Salam İsrail Müdafiə Ordusunun ölkənin cənubunda "Hizbullah" qruplaşmasının infrastrukturuna hücumlarının ciddi təhlükə yaratdığını və sabitliyin möhkəmləndirilməsi səylərini sarsıtdığını bəyan edib.

News24.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

O əlavə edib ki, əgər Livan ərazisində hərbi obyektlər varsa, onların aradan qaldırılmasına görə məsuliyyət Livan ordusu və onun qanuni təsisatları vasitəsilə yalnız Livan dövlətinin üzərinə düşür.

Xatırladaq ki, daha əvvəl Yaxın Şərq mediası İsrail Müdafiə Ordusunun Livanın cənub hissəsinə zərbələr endirməsi barədə məlumat yaymışdı. İsrail ordusu daha sonra bu məlumatı təsdiqləyib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər