Cəmiyyət

Məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

15 Aug 2026, 15:53 20 baxış Admin
Məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Meta Azərbaycanda vergi qeydiyyatından keçir.


“Bakupost” xəbər verir ki, bu barədə İT məsələləri üzrə tanınmış ekspert Fərid Pərdəşünas öz “Facebook” səhifəsində yazıb. O əlavə edib ki, “Meta” şirkəti Azərbaycanda vergi ödəyicisi olacaq:
“Artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırda kartlardan tutulan 18% ƏDV-ni ödəməyəcəklər. Daha doğru ifadə etsəm, 2 qat vergi tutma olmayacaq.
Yəni Meta Azərbaycanda vergi ödəyicisi olur. Mən deyəndəki bu qanun yaxşı qanundur, qlobal şirkətlər yavaş-yavaş hesablaşmağa - Azərbaycana gələcək, bəziləri üzümə dururdu ki, malalama”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər