"Qızıl Qaya" kafesi yanıb kül oldu
14 Aug 2026, 19:19
25 baxış
Admin
Sumqayıt şəhərində fəaliyyət göstərən kafe tamamilə yanıb.
"Bakupost" Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib.
Hadisə nəticəsində Anar Xanhüseyn oğlu Mirzəliyevin icarədarı olduğu, ümumi sahəsi 200 kvadratmetr olan "Qızıl Qaya" kafesi tamamilə yanıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Mənbə:
bakupost.az