İranda dini mərasim davaya çevrildi - Video
14 Aug 2026, 15:36
25 baxış
Admin
İranın Məşhəd şəhərində İmam Rza ziyarətgahının həyətində əzadarlıq mərasimi zamanı iki qrup arasında qarşıdurma baş verib.
News24.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə yaylıb.
Yayılan görüntülərə görə, Təbriz və Yəzd şəhərlərindən olan iki əzadarlıq heyəti mərasim zamanı əvvəlcə mübahisə edib. Bir neçə dəqiqə sonra mübahisə fiziki qarşıdurmaya çevrilib.
Tərəflərin əllərindəki çubuqlarla bir-birinə hücum etdiyi və qarşıdurma zamanı bir neçə şəxsin döyüldüyü görüntülərdə əks olunub.
Mənbə:
news24.az