Elçin Quliyevə müavin təyin edildi
14 Aug 2026, 15:00
24 baxış
Admin
General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.
"Bakupost" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.
General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin edilib.
Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.
Mənbə:
bakupost.az