İdman

"Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi

13 Aug 2026, 23:11 24 baxış Admin
"Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi

"Qarabağ" UEFA Konfrans Liqasında play-off-a yüksəlib.
"Bakupost" xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.
Ümumi hesabda rəqibini 2:1 üstələyən "Qarabağ" adını play-off-a yazdırıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının play-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər